Terapevt, tibb elmləri namizədi Andrey Kondraxin güclü soyuqlamadan sonra düzgün isinməyin yolları barədə danışıb.
AvroMedia.Az aif.ru-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, ən effektiv üsul "istinin istiyə təması"dır.
Əgər bu imkan yoxdursa, mütəxəssis maddələr mübadiləsini isti içkilərlə aktivləşdirməyi tövsiyə edir. Onun sözlərinə görə, isti su, bulyon və ya mors bu baxımdan uyğun seçimdir. Bununla yanaşı, həkim çay və qəhvə içməkdən çəkinməyi məsləhət görüb. O bildirib ki, bu içkilər ürək döyüntülərinin tezliyini artırır və damarlar spazm vəziyyətində olduqda ürəyin fəaliyyətini çətinləşdirir.
Andrey Kondraxin güclü soyuqlamadan dərhal sonra isti vanna qəbul etməyin də təhlükəli ola biləcəyinə diqqət çəkib.
"Temperaturun kəskin dəyişməsi ürək-damar sistemi üçün ciddi yük yarada bilər. Əvvəlcə isinmək lazımdır - bir müddət oturmaq və ya uzanmaq, orqanizmə "ərimək" imkanı vermək, yalnız bundan sonra vanna qəbul etmək olar", - deyə həkim vurğulayıb.

Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
Əmtəə bazarlarında gümüş 5%-ə yaxın bahalaşıb
İranla bağlı açıqlamadan sonra neft ucuzlaşdı
Meksika - CAR oyunu DÇ tarixinə düşdü
Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü