Böyük Britaniya hökuməti ölkə daxilində dərman təminatını qorumaq üçün aspirini ixracı qadağan olunan preparatlar siyahısına daxil edib.
AvroMedia.Az xəbər verir ki, insult və infarkt riskinin azaldılmasında mühüm rol oynayan bu dərmana çıxışda ciddi problemlər yaranıb.
Çatışmazlığın əsas səbəbi istehsal gecikmələri ilə izah olunur.
Təxminən 11 min apteki təmsil edən təşkilatların məlumatına görə, apteklərin 86 faizi son bir həftə ərzində xəstələrini aspirinlə təmin edə bilməyib. Çatışmazlıq xüsusilə ürək-damar xəstəliklərində istifadə olunan 75 mq-lıq aşağı dozalı aspirin tabletlərini əhatə edir.Qiymət artımı da problemi dərinləşdirib. Keçən ilin əvvəlində 18 pens olan bir paket aspirinin qiyməti 3,90 funt sterlinqə yüksəlib. Milli Səhiyyə Sistemi (NHS) isə apteklərə hər paket üçün cəmi 2,18 funt sterlinq geri ödəyir ki, bu da apteklərin zərərlə satış etməsinə səbəb olur.
Əczaçı təşkilatları böhranın aradan qaldırılması üçün hökumətdən təcili tənzimləmə dəyişiklikləri tələb edirlər

Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
Əmtəə bazarlarında gümüş 5%-ə yaxın bahalaşıb
İranla bağlı açıqlamadan sonra neft ucuzlaşdı
Meksika - CAR oyunu DÇ tarixinə düşdü
Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü