Qızılın qiyməti tarixi rekordu yenilədi
Tarix: 23-01-2026, 08:41
Baxılıb: 5 716
Google+ Paylaş
Tumblr Paylaş

Qızılın qiyməti tarixi rekordu yenilədi

23-01-2026, 08:41

“Comex” birjasında qızılın qiyməti tarixi rekordu yeniləyib.

AvroMedia.Az xəbər verir ki, 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiymətləri ilk dəfə bir troya unsiyası üçün 4958 ABŞ dolları ötüb.

Qeyd edək ki, bir neçə gün əvvəl qızılın unsiyası 4 699,15 dollar səviyyəsinə qalxmışdı. Bu, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda baş vermişdi. Belə ki, ABŞ-Aİ ticarət müharibəsi riski və qlobal bazarlarda qeyri-müəyyənlik, təhlükəsiz sığınacaqlara artan tələbat fonunda qızılın qiymətində yeni rekord qeydə alınmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ