Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə
Tarix: 11-07-2025, 20:59
Baxılıb: 2 445
Google+ Paylaş
Tumblr Paylaş

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə

11-07-2025, 20:59

FETÖ/PDY silahlı terror təşkilatının aktual maliyyə quruluşuna qarşı Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 16 şübhəli barəsində eyni vaxtda həbs qərarı verilib.
AvroMedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara mərkəzli iki vilayətdə həyata keçirilən əməliyyatlar 11 iyul 2025 tarixində başlayıb. Ankara Emniyyət Müdirliyinin Terrorla Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı şübhəlilərin saxlanılması və Baş Prokurorluğa təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Aparılan araşdırmalar nəticəsində Fetullahçı Terror Təşkilatının (FETÖ) mövcud maliyyə strukturunda aktiv rol oynadığı ehtimal edilən şəxslər müəyyən olunub və onlarla bağlı hüquqi tədbirlər görülür.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ