Fransa Prezidenti Emmanuel Makron yenidən ailə həyatında baş verən gərginliklərlə gündəmə gəlib.
AvroMedia.az xarici mətbuata istinadən xəbər verir ki, Makronun həyat yoldaşı Bricit bu dəfə Böyük Britaniyada kral ailəsi ilə gəzinti zamanı ona əlini verməkdən imtina edib.
Kadrlarda Fransa liderinin Böyük Britaniya Kralı III Çarlz ilə danışdığı və eyni zamanda həyat yoldaşının əlindən tutmağa çalışdığı, lakin Bricitin əlini kənara çəkməsi əks olunub.
Xatırladaq ki, bu, tərəflər arasında baş verən ilk qalmaqal deyil. May ayında Makronun xanımı ilə Vyetnama səfəri zamanı da onların arasında gərginlik baş vermişdi. Həmin vaxt Bricit Makron təyyarədən enərkən Emmanuel Makronun üzünə şillə vurmuşdu.
Bu yaxınlarda da Makron hava limanında təyyarənin pilləkənləri ilə enərkən əlini həyat yoldaşına uzatsa da, Bricit buna məhəl qoymayıb və tutacaqlardan istifadə edib.
Görüntüləri təqdim edirik:

Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı