Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.
AvroMedia.az “Sözcü”yə istinadən xəbər verir ki, qanunda ediləcək dəyişikliyə əsasən, Türkiyə Prezidenti bu generalların xidmətdə olma müddətini artıra biləcək.
Prezidentə veriləcək yeni səlahiyyətlə o, ordunun general və admirallarının xidmətdə olma vaxtını hər dəfə 1 il müddətə olmaqla 72 yaşa kimi artıra biləcək.
Bu müddəanın qüvvəyə mindiyi tarixdən general-mayor, kontr-admiral, briqada generalı rütbələrinə malik şəxslərin general-leytenant və ya vitse-admiral rütbəsinə yüksəldilməsi üçün müvafiq komanda-qərargah hazırlığı kurslarından keçməsi də tələb olunmayacaq. Belə ki, hərbi akademiyaları müvəffəqiyyətlə bitirən şəxsi heyət üzvləri komanda-qərargah hazırlığını başa vurmuş hesab ediləcək.

Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı