Ötən gün MHP sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barədə aparılan korrupsiya istintaqı ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanmasını təklif edib.
AvroMedia.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün TBMM-də partiyasının qrup toplantısından sonra jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib.
O, təklifə müsbət yanaşdığını söyləyib: “Cənab Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl təşəbbüsdür, xeyirli olar”.
Qeyd edək ki, canlı yayım məsələsinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu ilin martında “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma, fırıldaqçılıq”, “şəxsi məlumatların əldə edilməsi” ittihamları ilə həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.

Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı