“İmamoğlu işi” ilə bağlı daha 10 nəfər saxlanıldı
Tarix: 9-07-2025, 20:59
Baxılıb: 2 408
Google+ Paylaş
Tumblr Paylaş

“İmamoğlu işi” ilə bağlı daha 10 nəfər saxlanıldı

9-07-2025, 20:59

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həbs edilən Əkrəm İmamoğluna qarşı korrupsiya iddiaları ilə bağlı istintaq davam edir.
AvroMedia.az “Milliyet”ə istinadən xəbər verir ki, istintaq çərçivəsində daha 10 şübhəli şəxs saxlanılıb.
Bildirilir ki, saxlanılan şəxslər arasında İBB-də bəzi vəzifəli şəxslərin sürücüləri, mühasib və iş adamları var.
Xatırladaq ki, Ə. İmamoğlu “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma, fırıldaqçılıq”, “şəxsi məlumatların əldə edilməsi” ittihamları ilə həbs edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ