Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım müşahidə etdiklərini və bunun nəticəsində tarixdəki ən qısa günün yaxın həftələrdə baş verə biləcəyini açıqlayıblar.
AvroMedia.az Milli.Az-a istinadən xəbər verir ki, London Universitetindən astrofizik Qraham Cons bildirib ki, bu yay Yer üç müxtəlif tarixdə – 9 iyul, 22 iyul və 5 avqustda normaldan daha sürətli fırlanacaq. Həmin günlərdə zaman sırasıyla 1,30; 1,38 və 1,51 millisaniyə qısala bilər.
Moskva Dövlət Universitetindən alim Leonid Zotov isə vəziyyətin elmi çevrələrdə təəccüb doğurduğunu deyib: “Heç kim belə bir şeyi gözləmirdi. Bu sürətlənmənin səbəbi hələlik məlum deyil.”
Hərçənd fərq millisaniyə səviyyəsindədir, mütəxəssislər bu dəyişikliklərin peyk sistemlərindən GPS dəqiqliyinə və zaman ölçüm texnologiyalarına qədər bir çox sahəyə təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd edək ki, Yer normalda bir tam fırlanmasını 24 saata – dəqiq desək, 86.400 saniyəyə tamamlayır. Lakin bu müddət təbii fəlakətlər, okean axınları və atmosferdəki hərəkətlər kimi amillərlə azacıq da olsa dəyişə bilir. 2020-ci ildən bu yana isə fırlanma sürətində rekord dəyişikliklər müşahidə olunmaqdadır.

Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı