14 ildən sonra münasibətləri bərpa etdilər
Tarix: 5-07-2025, 20:47
Baxılıb: 2 425
Google+ Paylaş
Tumblr Paylaş

14 ildən sonra münasibətləri bərpa etdilər

5-07-2025, 20:47

Böyük Britaniya 14 illik fasilədən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.
AvroMedia.az xəbər verir ki, bu, Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Suriyaya səfəri vasitəsilə baş tutub.
Bildirilib ki, XİN başçısı buraya ilk səfəri çərçivəsində Suriya hökumətinə beynəlxalq öhdəliklərini yerinə yetirməkdə dəstək verəcək.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, prezident Əhməd əş-Şaraa paytaxt Dəməşqdə İngiltərənin xarici işlər naziri Lammini qəbul edib.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin də iştirak etdiyi görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın gücləndirilməsi yollarını, regional və beynəlxalq hadisələri müzakirə ediblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ