“İlk olaraq əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etmək istəyirəm. O, İƏT-in 17-ci sammitinə uğurla sədrlik edir”.
AvroMedia.az xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, dünyanın digər ölkələri kimi İƏT-in üzv ölkələri də iqlim dəyişmələrinin uzunmüddətli təsirinə məruz qalır: “Pakistan iqlim dəyişmlərinə məruz qalan ilk 10 ölkə sırasındadır. Pakistan öz növbəsində müqavimət, bərpa və yenidənqurma kimi sahələrə yönələn dördtərəfli planın hərtərfli şəkildə yerinə yetirilməsini, eləcə də aşağı emissiyalı dəhlizlər yaradılmasını təklif edir.
Pakistan Baş naziri, həmçinin çıxışında Yaxın Şərqdəki vəziyyətə də toxunub: “Bu gün qeyri-sabitlik və xaos bizim regionumuzda sabitliyi pozur”.

Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək