Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır.
AvroMedia.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq” radiosuna deyib.
ABŞ Prezidenti Administrasiyasının Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol məsələsinə dair İrəvan və Bakıya təklifi barədə yayılan xəbərlərə isə o belə cavab verib:
“Məlum olduğu kimi, Ermənistan “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) regional kommunikasiya vizyonunu təklif edib və artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət rəy alıb. Üstəlik, Ermənistan bu təşəbbüs çərçivəsində bütün tərəflər üçün məqbul ola biləcək bir sıra həll yolları təklif edib. Eyni zamanda, müxtəlif beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasına dair öz ideyalarını təqdim edirlər”.
Badalyanın sözlərinə görə, regionun transsərhəd potensialını reallaşdıracaq faydalı nəticələrin əldə edilməsi məqsədilə bütün maraqlı tərəfdaşlarla müzakirələr davam edir.Axar.az

Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?