Son günlər Yaxın Şərqdə baş verən hadisələrin fonunda Azərbaycanın hava məkanının beynəlxalq aviasiya sistemindəki strateji mövqeyi ilə bağlı CANSO (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) tərəfindən geniş analitik məqalə dərc olunub.
AvroMedia.az xəbər verir ki, məqalə “Azərbaycanın hava məkanı “geosiyasi turbulentlik” şəraitində necə qlobal dayanıqlığın sütununa çevrildi” adlı başlıqla nəşr edilib.
Qeyd edilib ki, 2025-ci ilin iyununda Yaxın Şərqdə artan geosiyasi qeyri-sabitlik İran, İsrail və onların qonşu ölkələrinə təsir edən bir çox hava məkanını bağlamağa məcbur etməsi beynəlxalq daşıyıcıların marşrut seçimlərinin təcili yenidən qiymətləndirilməsinə səbəb olub.
Azərbaycan isə belə bir şəraitdə minimum fasilələrlə əməliyyatın davamlılığını və Şimala yönəldilmiş yüzlərlə uçuşu qəbul edib.
Bildirilib ki, iyunun 13-dən 23-dək Azərbaycanın hava məkanı vasitəsilə ümumilikdə 10 838 uçuş qeydə alıb ki, bunun da 8 207-si tranzit uçuşlar olub. Beləliklə, regionda müvəqqəti bağlanmış hava məkanlarından Azərbaycan tranziti ilə gündəlik orta hesabla 110 əlavə uçuş həyata keçirilib.
2024-cü ilin iyun ayında 2023-cü illə müqayisədə Azərbaycan üzərindən tranzit daşıma artıq 20 faiz artıb və 2025-ci ilin iyununda əlavə olaraq 13 faiz artım gözlənilir.
Əlavə edilib ki, 2022-ci ildən Azərbaycanın hava məkanı regional geosiyasi böhranlara cavab olaraq alternativ və səmərəli hava marşrutlarının təmin edilməsində mühüm rol oynayıb.
Bu gün 200-dən çox beynəlxalq aviaşirkət Azərbaycanın hava məkanından müntəzəm istifadə edir. Təkcə 2024-cü ildə bu marşrutlarla təxminən 50 milyon sərnişin uçub.
Son böhranın zirvəsində 25-dən çox aparıcı aviadaşıyıcı, o cümlədən “Türk Hava Yolları”, “Air France”, “British Airways” və “Sinqapur Hava Yolları” Azərbaycan üzərindən uçuşların istiqamətini tamamilə dəyişdirib.
Marşrutun dəyişdirilməsinə baxmayaraq, Azərbaycanın bütün beynəlxalq hava limanları ləngimə və xidmət fasilələri olmadan fəaliyyətini davam etdirib.

Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək