Fransa həbsxanalarında acınacaqlı vəziyyət
Tarix: 1-07-2025, 10:32
Baxılıb: 2 413
Google+ Paylaş
Tumblr Paylaş

Fransa həbsxanalarında acınacaqlı vəziyyət

1-07-2025, 10:32

Fransadakı cəzaçəkmə müəssisələrində məhbus sıxlığı ölkənin həbsxana şəraiti ilə bağlı ciddi narahatlıqlar doğurur.
AvroMedia.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT İnsan hüquqları Ali Komissarlığının ofisində İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkə üzrə həmməruzəçi və ekspert Abderrazak Ruvane (Mr. Rouwane) deyib.
Komitə Fransanın İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın müddəalarına uyğun olaraq səkkizinci dövri hesabata baxılması prosesini başa çatdırıb.
Bildirilib ki, həbsxanalarda 79 mindən artıq məhkum saxlanıldığı halda, mövcud yerlərin sayı cəmi 61 mindir.
“Cəzaçəkmə müəssisələrində gəmiricilərin, tarakanların və taxtabitilərin kütləvi yayılması, sanitar şəraitin qeyri-qənaətbəxş olması və personal çatışmazlığı ilə bağlı məlumatlar var”, - A.Ruvane deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ