Xəbər verdiyimiz kimi, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşları bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi tərəfindən evlərinə basqın edilərək qətlə yetirilib.
Onun qardaşlarının ölümü ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, Yekaterenburq şəhərində onlarla azərbaycanlı saxlanılıb, ikisi öldürülüb. Öldürülən şəxslər S.Hüseynlinin qardaşlarıdır.
Qeyd edilir ki, təqiblər 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətldə kimin əli olduğu ilə bağlı başlayıb.
Azərbaycanlılar arasında qatilin axtarıldığı vurğulanıb. Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak ediblər.
Xatırladaq ki, Seyfəddin Hüseynli APA-ya açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.
“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.

Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək