Xəbər verdiyimiz kimi, Ermənistan Baş Prokurorluğu Erməni Apostol Kiləsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan barəsində cinayət işi başladıb.
AvroMedia.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, Açapaxyan haqqında iki ay müddətə həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, onun başqaları ilə ünsiyyəti məhdudlaşdırılıb və yalnız yaxınları ilə əlaqə saxlamağa icazə verilib. Lakin onlar məhkəmə qərarının “qanunsuz” olduğunu deyərək apellyasiya şikayəti verəcəklərini söyləyiblər.
Xatırladaq ki, M. Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanda müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətə həbs edilib. Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək