“Bu məsələ artıq bağlanıb” - Ərdoğan
Tarix: 26-06-2025, 10:55
Baxılıb: 3 352
Google+ Paylaş
Tumblr Paylaş

“Bu məsələ artıq bağlanıb” - Ərdoğan

26-06-2025, 10:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib.
AvroMedia.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
“Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik”, - Türkiyə lideri qeyd edib.
Ərdoğan xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: “Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirirlər”.
O, əlavə edib ki, Ankara “Eurofighter” qırıcılarının alınması mövzusunda işi davam etdirir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ