Kilsədə 25 nəfərin ölümünə onlar səbəb olubmuş
Tarix: 25-06-2025, 08:13
Baxılıb: 3 360
Google+ Paylaş
Tumblr Paylaş

Kilsədə 25 nəfərin ölümünə onlar səbəb olubmuş

25-06-2025, 08:13

Dəməşqdəki Mar İlyas kilsəsinə edilən hücum İŞİD üzvü Əbdülələ əl-Cümeyli tərəfindən təşkil edilib.
AvroMedia.az xəbər verir ki, bunu Suriya Daxili İşlər Nazirliyi açıqlayıb.
Hücumun iki nəfər tərəfindən təşkil edildiyi, hadisə yerindən qaçan şəxsin isə Suriya vətəndaşı olmadığı bildirilib.
Məlumata görə, qaçan hücumçu Seyyidə Zeynep bölgəsində yeni terror aktına hazırlaşarkən təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
Dindirmələr zamanı hücumla bağlı 4 fərqli kamera və sursat anbarı müəyyən edilib.
Cumeylinin Dəməşqin Həcərül-Əsvəd məhəlləsində yaşadığı və hücum edənlərin onun köməyi ilə Hums əyalətinin Hol bölgəsindən Dəməşqə gəldiyi qeyd edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ