Britaniya ordusunun baş komandanı general Ser Roland Uokerin Rusiya ilə mübarizə aparmaq üçün konkret planı var.
AvroMedia.az xəbər verir ki, bunu “Teleqraf” qəzetinin köşə yazarı Qamiş de Bretton-Qordon bildirib.
“General son çıxışında açıq şəkildə bildirib ki, Britaniya ordusu artıq açıq şəkildə Rusiya ordusuna yönəlib. Orduda sürətli şəkildə yenidən silahlanma prosesi başlayıb.
Avropadakı NATO üzvü olan ölkələr də diqqətlərini Şərqə-Rusiyaya yönəldiblər. Kollektiv şəkildə Avropa ölkələri yaxın zamanda, ABŞ-ın ənənəvi genişmiqyaslı dəstəyi olmasa belə, Putinin ordusunu geridə qoya biləcək gücə sahib olacaqlar”, - general qeyd edib.
Bretton-Qordon həmçinin vurğulayıb ki, dünya bu gün İranla İsrail arasında baş verən gərginliyə diqqət yönəltsə də, əsl təhlükə Vladimir Putindir və o, heç bir halda unudulmamalıdır:
“Putin Ukraynanın mülki əhalisinə qarşı cinayət kampaniyasını davam etdirir. Hər həftə yeni bir hərbi cinayətə imza atır. Son hesabatlar göstərir ki, Kiyevin yaşayış məntəqələrinə qarşı kaset bombalarından istifadə olunur. Bu tip bombalar yalnız geniş ərazilərdə dağıdıcı təsirə malik deyil, eyni zamanda partlamamış sursatlar ərazidə qalıb mina təhlükəsini artırır”.
Müəllif əlavə edib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemlərini Avropadan Yaxın Şərqə yönəltməsi narahatlıq doğurur və bu addım ABŞ Prezidenti Donald Trampın Avropada sabitliyin olmaması səbəbilə məsuliyyətdən çəkildiyini göstərir:
“O, indi diqqətini İranın nüvə proqramını zərərsizləşdirməyə yönəldir və bu məsuliyyətin ən ağır hissəsini İsrailin üzərinə qoymaq istəyir. Ancaq bu yanaşma nə Avropaya, nə də Putinin döyüş maşınını dayandıraraq hamımızı qoruyan cəsur ukraynalılara kömək etmir”.

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri