ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı operativ donanmasına məxsus “Paul İgnatius” raket esminesi və “Mount Uitni” qərargah gəmisi NATO-nun “Baltops 2025” təlimlərində iştirak etmək üçün Baltik dənizinə daxil olub.
Bu barədə “İzvestiya” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, “Mount Uitni” müxtəlif dəniz qüvvələrinin əməliyyatlarını idarə etmək üçün uyğunlaşdırılmış gəmidir.
“O, kifayət qədər böyük donanma birləşmələrini və genişmiqyaslı əməliyyatları idarə edə bilər. ABŞ-ın bu qərargah gəmisi tez-tez Baltik dənizinə daxil olur”, – hərbi ekspert Dmitri Kornev nəşrə açıqlamasında deyib.
Nəşrin məlumatına görə, “Paul İgnatius” esminesi isə “Arleigh Burke” tiplidir və 56 ədəd müxtəlif tipli “Tomahavk” qanadlı raketinin buraxılış qurğuları ilə təchiz olunub:
“Bu raketlər Uraladək çata bilər. Gəmi həmçinin “Aegis” hava hücumundan müdafiə sisteminin daşıyıcısıdır”.
Qeyd edək ki, NATO-nun “Baltops 2025” hərbi-dəniz manevrləri 3 iyun tarixində başlayıb. Bu təlimlər 1972-ci ildən bəri hər il Baltik dənizində keçirilir.

Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur