Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib. Siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi barədə məlumatlar yayılıb.
AvroMedia.az xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı "özbəklər Yuqranı öz tarixi vətənləri kimi görürlər" fikrini səsləndirib.
Tağızadə bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar Xan Küçüm Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub. Bu səbəbdən bəzi miqrantların bölgəyə "öz tarixi torpaqları" kimi yanaşmasının mümkünlüyünü qeyd edib.
Deputatın çıxışı ictimaiyyətdə sərt tənqidə səbəb olub. Federal səviyyədə də məsələ rezonans doğurub. Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov bildirib ki, Tağızadəni "süpürgə ilə qovmaq lazımdır". XMAO Dumasının sədri Boris Xoxryakov isə deputatın Etika Komissiyasına çağırılacağını açıqlayıb.
Sonradan Xalid Tağızadə üzr istəsə də, bu Rusiya İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov tərəfindən şübhə altına alınıb.
Tağızadə açıqlamasında belə deyib:
"Yuqranın miqrantlar üçün cəlbedici olmasının səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyildi. Təəssüf ki, fikirlərim birmənalı qarşılanmadı. Bunun üçün üzr istəyirəm".
Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb.Milli.az

Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur