ABŞ Daxili Təhlükəsizlik Departamenti Los-Ancelesdə transmilli mütəşəkkil cinayətkarlığa qarşı iki həftə ərzində ikinci böyük reyd keçirib.
AvroMedia.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
Məlumata görə, bu dəfə hədəf kiçik biznesə yardım fondlarından və KOVİD qrantlarından 30 milyon dollar oğurlamış erməni cinayət qrupu olub:
“Əsas şübhəlilərdən biri Uilyam Makqrayan evindın çıxarkən saxlanılıb. Makqrayan erməni quldur dəstələri ilə əlaqəsi olduğunu iddia edərək bir şəxsi silah və beysbol dəyənəyi ilə hədələyib. O, dövlət yardımı üçün saxta ərizələr təqdim edən sxemin aparıcı üzvü olub. Həbs edilən 14 nəfərdən 13-ü əslən Ermənistandan olan ABŞ vətəndaşıdır. Onlardan biri deportasiya oluna bilər. Saxlanılan şəxslər dindirilmə və qeydiyyat üçün xüsusi mərkəzə aparılıb. Onlardan təxminən 20 min dollar məbləğində nağd pul, iki pulsayan maşın, 2000 və 10 min dollar dəyərində valyuta lentləri, noutbuklar, mobil telefonlar, iki dolu 9 mm-lik tapança və döyüş sursatları müsadirə olunub. Saxlanılanlar bank və pul fırıldaqçılığı, çirkli pulların yuyulmasında ittiham olunurlar”.

Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur