Ukraynanın 1 iyun zərbəsinin məqsədi Moskvanın hücumlarını ləngitmək və Kiyevin bu müharibənin Rusiya üçün ağır nəticələr doğuracağını göstərməkdir.
AvroMedia.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Belə ki, hücumla bağlı az məlumat olsa da, analitiklər artıq bunu 2022-ci ilin aprelində Rusiyanın “Moskva” kreyserinin batması və Rusiya gəmilərini işğal olunmuş Sevastopoldakı bazalarını tərk etməyə məcbur edən PUA hücumları ilə eyni əlamətdar hadisə adlandırırlar.
Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun hava qüvvələri və texnologiya üzrə baş əməkdaşı Castin Bronkun sözlərinə görə, əməliyyat Ukrayna kəşfiyyat xidmətləri üçün heyrətamiz uğurdur.
“Zədələnmiş/məhv edilmiş təyyarələrin ümumi sayının yarısı (41) təsdiqlənərsə, bu, Rusiya uzunmənzilli aviasiyasının Ukrayna şəhərlərinə və infrastrukturuna qarşı müntəzəm irimiqyaslı qanadlı raket atışlarını davam etdirmək, habelə nüvə yayındırıcılığının qarşısının alınması və NATO və Yaponiyaya qarşı siqnal patrulları həyata keçirmək qabiliyyətinə əhəmiyyətli təsir göstərəcək”, - o vurğulayıb.
Qeyd edək ki, Ukrayna dronları Rusiyanın 5 şəhərində 5 aerodroma kütləvi zərbələr endirib. Hücumlar nəticəsində 40-dan çox təyyarə sıradan çıxarılıb.

Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur