Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı paylaşım edib.
AvroMedia.az xəbər verir ki, Diana özünün də xərçəngdən əziyyət çəkdiyini bildirib.
"Biz Şimalla tale dostuyuq. Yaxın dostlarım bilir ki, biz eyni xəstəlikdən əziyyət çəkirdik. 2 il əvvəl gözəl xəbər aldım və həkim "hər şey bitdi" dedi. Həyata geri döndük. Biz güclü qadınlarıq" deyən Diana videoya "Ölümün ən son yaraşdığı insan sən idin, tale dostum. Biz güclü qadınlarıq, öldüyün üçün gücünü itirmədin. Əsas odur ki, yaddaşlarda güclü qaldın. Bu dünyada səsin kimi gözəl bir şey buraxdın. Səni son nəfəsimə qədər unutmayacağam", - sözlərini əlavə edib.
Qeyd edək ki, Diana İranəsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.

Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur