İnsanlıq İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyini qeyd etdiyi bir vaxtda, hər gün sübut olunur ki, səkkiz onillik əvvəl qurulmuş beynəlxalq nizam bu gün sürətlə dağılır. Qarşıda bizi "uzun və təhlükəli qlobal nizamsızlıq dövrü" gözləyir.
AvroMedia.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzetində britaniyalı tarixçi, Mərkəzi və Şərqi Avropanın müasir tarixi və siyasəti üzrə ekspert Timoti Qarton-Eşin məqaləsində bildirilib.
O qeyd edir ki, insanlığın heç vaxt qızıl dövrü olmayıb, lakin 1945-ci ildən sonra Avropanın, Asiyanın və Okeaniyanın əhəmiyyətli hissəsi ABŞ-ın himayəsi altında təhlükəsizlik və firavanlıq içində yaşayıb. Lakin indi bu nizam tənəzzülə uğrayır: bu, qismən qloballaşma nəticəsində digər ölkələrin yüksəlişi, qismən isə "Amerikanın lovğa və özünəqənim siyasəti" səbəbindəndir.
"Prezident Donald Tramp bu quruluşun qalan hissəsini misilsiz sürət və məsuliyyətsizliklə dağıdır", – deyə Qarton-Eş yazıb.
Tarixçi köhnə nizamın dağılmasının əlamətləri kimi hazırda davam edən üç böyük müharibəni (Ukraynada, Qəzzada və Sudanda), nüvə dövlətləri Hindistan və Pakistan arasında potensial müharibə riskini, habelə Trampın ticarət tariflərini göstərir ki, bunlar da yalnız xaosu daha da artırır.

Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib
Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur
ABŞ İrana endirdiyi əlavə zərbələri başa çatdırıb
Hörmüz bağlandı, neft bahalaşdı
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
Donald Tramp: "Ərdoğan mənim çox yaxşı dostumdur"