İran tərəfi ABŞ-la birbaşa olmayan – dolayı formatda danışıqlar aparmağa razılıq verib. Bu barədə məlumatı İranın yarırəsmi Tasnim agentliyi yayıb.
AvroMedia.az xəbər verir ki, danışıqların 10 may tarixində baş tutması planlaşdırılır. Görüşün yeri və konkret gündəliyi barədə əlavə detallar açıqlanmasa da, ehtimallara görə, müzakirələr əsasən nüvə proqramı, regional təhlükəsizlik və sanksiyaların yumşaldılması ətrafında gedəcək.
Məlumata görə, vasitəçi ölkə və ya təşkilat üzərindən aparılacaq dialoq, Tehran və Vaşinqton arasında uzun müddətdir davam edən gərginliyi azaltmaq məqsədi daşıyır.

Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib
Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur
ABŞ İrana endirdiyi əlavə zərbələri başa çatdırıb
Hörmüz bağlandı, neft bahalaşdı
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
Donald Tramp: "Ərdoğan mənim çox yaxşı dostumdur"