Vatikanda keçirilən səsvermə nəticəsində amerikalı kardinal Robert Frensis Prevost yeni Roma Papası seçilib. O, tarixə Papa XIV Leo adı ilə düşəcək. Katolik kilsəsinin yeni ruhani liderinin rəsmi andiçmə mərasimi mayın 18-də, bazar günü keçiriləcək.
AvroMedia.az xəbər verir ki, Vatikan Mətbuat İdarəsinin yaydığı məlumata görə, papa qarşıdakı günlərdə bir sıra rəsmi görüşlər keçirəcək.
Belə ki, o, mayın 10-da kardinallarla, mayın 12-də Konklavı izləyən jurnalistlərlə görüşəcək.
Mayın 16-da isə Vatikanda akkreditə olunmuş xarici səfirlər və diplomatik missiya rəhbərləri ilə görüş planlaşdırılıb.
Xatırladaq ki, mərhum Papa Fransiskin yerinə seçilən Robert Frensis Prevost Vatikan tarixində papa seçilən nadir amerikalılardan biridir.

Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib
Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur
ABŞ İrana endirdiyi əlavə zərbələri başa çatdırıb
Hörmüz bağlandı, neft bahalaşdı
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
Donald Tramp: "Ərdoğan mənim çox yaxşı dostumdur"