"NATO-Gürcüstan təlimi 2025" başa
Tarix: 8-05-2025, 20:08
Baxılıb: 3 383
Google+ Paylaş
Tumblr Paylaş

"NATO-Gürcüstan təlimi 2025" başa

8-05-2025, 20:08

Azərbaycanın da iştirak etdiyi “NATO-Gürcüstan təlimi 2025” başa çatıb.
Gürcüstanın NATO ilə əməkdaşlığı çərçivəsində keçirilən “NATO-Gürcüstan təlimi 2025” adlı dördüncü komanda-qərargah təlimi uğurla yekunlaşıb.
Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) baş tutub.
Təlimdə NATO-ya üzv və tərəfdaş ölkələr də aktiv iştirak ediblər. Azərbaycan da bu çoxmillətli təlimdə iştirak edən dövlətlər arasında olub. NATO və tərəfdaş ölkələrin 17 nümayəndə heyəti ilə yanaşı, bir sıra beynəlxalq təşkilatlar və strukturlar təlim prosesinə cəlb olunub.
Təlim regionda təhlükəsizlik və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ