Bu ölkədən Ukrayna ilə bağlı təklif
Tarix: 6-05-2025, 15:08
Baxılıb: 3 338
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədən Ukrayna ilə bağlı təklif

6-05-2025, 15:08

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva administrasiyası Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış etmək istəyir, çünki ABŞ-ın münaqişəyə son qoymaq cəhdləri indiyədək konkret nəticə verməyib.
AvroMedia.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Lula da Silvanın 9 may Qələbə günü Moskvaya gözlənilən səfəri Braziliyanın xarici siyasətinin müstəqilliyini nümayiş etdirməlidir. Dövlət başçısı Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya tərəfinə Braziliya diplomatiyasının imkanlarını da təklif edə bilər. Braziliya hesab edir ki, Ağ Ev münaqişəni dayandırmaq üçün verdiyi vədləri yerinə yetirməyib, ona görə də vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır”, - məlumatda qeyd olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ