Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, paytaxtın Qaradağ rayonu 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan həkimlərdən, tibb bacılarından və digər əməkdaşlardan təmir işləri adı altında pul yığılır.
AvroMedia.Az Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, hər bir əməkdaşdan aylıq 10 manat ödəniş tələb olunub və həmin vəsaitlərin stansiyanın müdiri Bünyat Haqverdiyevin köməkçisi olduğu bildirilən Fərqanə Gülbalayevanın hesabına köçürülməsi istənilib.
Stansiyanın bölmə müdiri Bünyat Haqverdiyev isə bildirib ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən araşdırma aparılıb və hər hansı qanun pozuntusu aşkar edilməyib.
"Bu məsələ TƏBİB tərəfindən araşdırılıb və aydınlaşdırılıb. Əsaslı hər hansı fakt müəyyən edilməyib. Həmin görüntülərin sosial şəbəkələrdə konkret olaraq kim tərəfindən paylaşıldığını adbaad deyə bilmərəm. Hazırda iş prosesi normal qaydada davam edir. Burada heç bir pul yığımı hadisəsi baş vermir", - deyə o qeyd edib.

16-iyun ulduz falı
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir?
Naxçıvan reysində qorxulu anlar
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğradı
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Sabah Məhərrəm ayı başlayır
Putinə görüş təklif edib
Dondurma iflic yaradır?
Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib