İsrail prezidenti İsxak Hersoq baş nazir Benyamin Netanyahu ilə bağlı işlər üzrə tərəflərin danışıqlar aparması təşəbbüsü ilə çıxış edib.
AvroMedia.az xəbər verir ki, prezidentin hüquqi müşaviri Mixal Tsuk-Şafir tərəflərə məktub göndərərək onları prezident iqamətgahında danışıqlara dəvət edib. Məqsəd Netanyahu ilə bağlı mümkün əfv məsələsinə baxılmadan əvvəl razılaşmanın əldə olunmasıdır.
Məlumata görə, bu proses yalnız ilkin mərhələ hesab olunur və prezidentin əfv səlahiyyətlərindən istifadə edib-etməməsi barədə qərardan əvvəl həyata keçiriləcək.
Qeyd olunub ki, tərəflərə bildirilib: danışıqlarda iştirak etmək hər hansı mübahisəli məsələdə razılıq verilməsi anlamına gəlmir və məhkəmə prosesində onların mövqeyinə təsir göstərmir.
Bildirilir ki, prezident tərəflər arasında razılaşma imkanlarının əvvəlcə tam şəkildə araşdırılmasının vacib olduğu qənaətinə gəlib. Bu məqsədlə ittiham və müdafiə tərəflərindən mayın 3-dək belə məsləhətləşmələrə hazır olub-olmadıqları barədə cavab vermələri istənilib.
Məlumata görə, Netanyahu korrupsiya ilə bağlı üç iş üzrə ittiham olunur. Ona qarşı qanunsuz hədiyyələrin qəbulu, media sahəsində saxtakarlıq və rüşvət ittihamları irəli sürülüb. O isə bütün ittihamları rədd edir. Məhkəmə prosesi 2020-ci ildən Tel-Əviv və Qüds şəhərlərində davam edir.

Putinə görüş təklif edib
Dondurma iflic yaradır?
Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib
Sabah 32 dərəcə isti olacaq
Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Əhaliyə verilən içməli suyun rəngi dəyişib