Qəhvənin Altsheymer, parkinson, 2-ci tip şəkərli diabet və bəzi onkoloji xəstəliklərin riskini azaltması ilə bağlı yeni elmi nəticələr əldə edilib.
AvroMedia.Az xəbər verir ki, "Texas A&M” Universitetinin alimlərinin apardığı araşdırmaya görə, qəhvənin qoruyucu təsirinin əsas səbəbi kofein deyil.
Tədqiqatçılar müəyyən ediblər ki, qəhvənin tərkibindəki polifenol və polihidroksil birləşmələri, xüsusilə də kofein turşusu hüceyrələrdə iltihabı azaldan NR4A1 reseptorunu aktivləşdirir.
Bu mexanizm hüceyrələrin zədələnmədən qorunmasına və bərpa proseslərinin sürətlənməsinə kömək edir. Laboratoriya təcrübələrində qəhvənin tərkibindəki birləşmələrin hüceyrə zədələnməsini azaltdığı və şiş hüceyrələrinin böyüməsini yavaşlatdığı müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, qəhvənin faydalı təsiri yalnız kofeinlə bağlı deyil. Bu səbəbdən adi və kofeinsiz qəhvə arasında qoruyucu təsir baxımından ciddi fərq olmaya bilər.
Tədqiqatçılar hazırda NR4A1 reseptorunu daha dəqiq aktivləşdirən sintetik maddələr üzərində çalışırlar.
Bu birləşmələrin gələcəkdə xərçəng və neyrodegenerativ xəstəliklərin müalicəsində istifadə oluna biləcəyi ehtimal edilir.

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası
Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr
İraq ABŞ konsulluğu yaxınlığında PUA vurdu
Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib
Pezeşkian bu səbəbə görə İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq etdi
Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər
Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
Bakıda iməcilik keçirildi
İlin sonunda Soltanlıya ilk köç olacaq
6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib
İki ərəb ölkəsi İrana hücum etdi