Yaxın günlərdə ölkə ərazisində isti, quraq və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu hava şəraiti meşələrdə və digər təbiət ərazilərində yanğın riskini xeyli artırır.
AvroMedia.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
Nazirlikdən bildirilib ki, meşə yanğınları ağac və bitki örtüyünün məhv olmasına, vəhşi heyvanların yaşayış mühitinin zədələnməsinə, torpağın münbit qatının sıradan çıxmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur. Yanğından zərər çəkmiş ekosistemlərin bərpası isə uzun illər tələb edir.
Yanğınların qarşısının alınması məqsədilə vətəndaşlardan meşələrdə və meşəətrafı ərazilərdə aşağıdakı qaydalara ciddi əməl etmələri xahiş olunur:
- Meşələrdə ocaq qalamamaq;
- Söndürülməmiş siqaret kötüklərini təbiətə atmamaq;
- Quru ot, kol-kos və məişət tullantılarını yandırmamaq;
- Yanğına səbəb ola biləcək şüşə və digər tullantıları ərazidə qoymamaq;
- Tüstü və ya yanğın əlaməti müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat vermək.
"Unutmayaq ki, kiçik bir ehtiyatsızlıq geniş ərazilərin yanmasına, flora və faunanın məhvinə və təbiətə uzunmüddətli zərər vurulmasına səbəb ola bilər", - deyə ETSN-in müraciətində vurğulanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları təbiət ərazilərində diqqətli olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür”
Azərbaycanda ipoteka kreditlərinin 80 %-i dövlət xətti ilə verilib
İran Küveyt və Bəhreyni vurdu
“Space TV”nin bank hesablarına həbs qoyuldu
27 milyon manatı ödəməyə məcbur edildilər
İlham Əliyev bu qanunu təsdiqlədi
Rusiyadan Ermənistana daha bir qadağa
Nazirlikdən istilərlə bağlı xəbərdarlıq
İnsan ömrünün son həddi açıqlandı
Azərbaycan nefti sürətlə bahalaşır