İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.
AvroMedia.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat xidmətinin bəyanatında deyilir.
İran tərəfinin iddiasına görə, cavab zərbələrinin 27-ci mərhələsi çərçivəsində ABŞ-nin Küveytdə yerləşən Əl-Udeyri bazasındakı üç sursat və avadanlıq anbarı məhv edilib. Bundan başqa, ABŞ hərbi hava qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının müşahidə qülləsinə zərbə endirilib. Hücum nəticəsində qülləyə ciddi ziyan dəydiyi bildirilir.
SEPAH həmçinin mülki şəxsləri ABŞ hərbi personalının yerləşdiyi və ya məskunlaşdığı ərazilərdən azı 500 metr uzaq durmağa çağırıb.

“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür”
Azərbaycanda ipoteka kreditlərinin 80 %-i dövlət xətti ilə verilib
“Space TV”nin bank hesablarına həbs qoyuldu
27 milyon manatı ödəməyə məcbur edildilər
İlham Əliyev bu qanunu təsdiqlədi
Rusiyadan Ermənistana daha bir qadağa
Nazirlikdən istilərlə bağlı xəbərdarlıq
İnsan ömrünün son həddi açıqlandı
Azərbaycan nefti sürətlə bahalaşır