“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.
AvroMedia.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.
İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.
Bankdan bildirilib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.
“Xalq Bank” gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Space TV”nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.
Məhkəmə ərizəni qismən təmin edərək “Space TV”nin “Xalq Bank” istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.
Qərara əsasən, tətbiq edilən həbs işçilərin əməkhaqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.

“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür”
Azərbaycanda ipoteka kreditlərinin 80 %-i dövlət xətti ilə verilib
İran Küveyt və Bəhreyni vurdu
27 milyon manatı ödəməyə məcbur edildilər
İlham Əliyev bu qanunu təsdiqlədi
Rusiyadan Ermənistana daha bir qadağa
Nazirlikdən istilərlə bağlı xəbərdarlıq
İnsan ömrünün son həddi açıqlandı
Azərbaycan nefti sürətlə bahalaşır