ABŞ ordusu İran ərazisindəki hərbi hədəflərə qarşı yeni zərbələr endirib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, ABŞ qüvvələri İranın hərbi obyektlərinə, o cümlədən dəniz imkanlarına, raket və pilotsuz uçuş aparatlarının saxlanma məntəqələrinə, sahil müşahidə obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
Məlumata görə, bu zərbələr İranın mülki dənizçilərə və kommersiya gəmilərinə qarşı hücum imkanlarını daha da zəiflətməyə yönəlib.
İranın Bəndər-Mahşəhr limanı ətrafında, Sirik, Ramşir, Buşehr və Əhvaz şəhərlərində silsilə partlayışlar baş verib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Küveytdə yerləşən iki ABŞ hərbi bazasındakı obyektlərə hücum etdiyini bildirib.
"Əli əs-Salim" aviabazasında ABŞ qüvvələrinə məxsus iri hərbi texnika anbarına, "Patriot" hava hücumundan müdafiə sisteminə və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqara dronlarla zərbələr endirdik. Həmçinin "Əl-Ədiri" kazarmalarında yerləşən ABŞ hərbçilərinin dislokasiya məntəqəsinə və iki helikopter anqarına hücum edilib", - SEPAH-ın məlumatında qeyd olunub.
Bildirilib ki, hücumlar nəticəsində bir neçə hərbçi ölüb və yaralanıb, həmçinin helikopterlərə və pilotsuz uçuş aparatlarına ciddi ziyan dəyib.
SEPAH, həmçinin regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinə zərbə endirildiyini bildirib.

Naxçıvanın bəzi ərazilərində qaz kəsiləcək
Avropada benzinin qiyməti qalxdı
Cəbrayılda mina partlayıb
İran Britaniyaya xəbərdarlıq etdi
“Akkord”un binasında yıxılan 22 yaşlı oğlan öldü
ARDNF qızıl satışını dayandırıb
Azərbaycanda yeni dövlət qurumu yaradılır
Məcburi köçkünlərlə bağlı bu məsələlər dəyişdi
Çimərliklərdə hava necə olacaq?
Bu günün valyuta məzənnələri