Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər.
AvroMedia.Az xəbər verir ki, bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
AvroMedia.Az xəbər verir ki, bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, məlumat sisteminin emissiya məlumatlarının monitorinq, hesabatlılıq və yoxlama çərçivəsində təqdim edilən hesabatların, milli inventarlaşdırma nəticələrinin, karbon reyestri üzrə məlumatların, karbon layihələrinin, iqlim maliyyəsi və uyğunlaşma tədbirləri üzrə məlumatların vahid qaydada elektron mübadiləsi və analitik emalı məqsədilə yaradılması nəzərdə tutulur.
İqlim məlumat alt-sistemi məlumatların elektron təqdim edilməsini, avtomatlaşdırılmış yoxlanılmasını, arxivləşdirilməsini, dəyişiklik tarixçəsinin saxlanılmasını, statistik təhlilini və hesabatların formalaşdırılmasını təmin edir.
İqlim məlumat alt-sisteminin yaradılması və istismarı REİS-in ("Rəqəmsal ekologiya" informasiya sistemi) Əsasnaməsinə uyğun olaraq həyata keçirilir.
Məlumatların açıqlanması şəffaflıq prinsipi əsasında həyata keçirilir və kommersiya sirri, fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və dövlət sirri tələbləri nəzərə alınır.
İqlim məlumat alt-sisteminin digər dövlət informasiya sistemləri ilə inteqrasiyası qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır