İyulun 23-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AvroMedia.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq

Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır
Sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb
Qızıl və gümüş bahalaşıb
Bu günün valyuta məzənnələri
Hər gün qəhvə içirsinizsə, bunları bilməlisiniz!
ABŞ İranla müharibədə neçə milyard xərcləyib?
Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR