Amerika Ürək Assosiasiyasının dərc etdiyi yeni elmi hesabata görə, gündə beş fincana qədər filtrdən keçirilmiş qəhvə istehlakı insult, ikinci tip diabet və ürək çatışmazlığı riskini azaldır. Bildirilir ki, qəhvənin sağlamlığa təsiri yalnız onun miqdarından deyil, həm də hazırlanma üsulundan asılıdır.
AvroMedia.Az xəbər verir ki, illərdir qəhvə və ürək sağlamlığı ilə bağlı ziddiyyətli fikirlər səslənsə də, son araşdırmalar orta səviyyədə və müntəzəm qəhvə istehlakının ürək ritm pozğunluqları olan insanlarda belə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.
Tədqiqatlar həmçinin qəhvə içənlərdə ikinci tip diabetə tutulma riskinin daha aşağı olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, bu faydalar, əsasən, kağız filtrdən istifadə edilərək hazırlanan və ya həll olunan qəhvələrə aiddir. Süzülmədən hazırlanan içkilərdə isə “kafestol” adlı maddə daha çox qalır. Bu maddənin qanda xolesterinin səviyyəsini yüksəldə və uzunmüddətli perspektivdə ürək-damar sisteminə mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Araşdırmada enerji içkiləri və yüksək dozalı kofein tərkibli məhsullarla bağlı da xəbərdarlıq edilib. Bildirilir ki, bu cür məhsullar hətta sağlam insanlarda belə qan təzyiqinin yüksəlməsinə, ürək ritmində pozuntulara və bəzi hallarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Həkimlər vurğulayırlar ki, kofeinə qarşı həssaslıq insandan insana dəyişir. Bəzi insanlar yüksək miqdarda qəhvə qəbul etdikdə heç bir narahatlıq hiss etməsələr də, digərlərində yuxu pozuntuları və təzyiq dəyişiklikləri müşahidə oluna bilər.
Mütəxəssislər ürək və digər xroniki xəstəlikləri olan şəxslərə gündəlik kofein qəbulunun miqdarı ilə bağlı həkim məsləhəti almağı tövsiyə edirlər.

Sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb
Qızıl və gümüş bahalaşıb
Bu günün valyuta məzənnələri
ABŞ İranla müharibədə neçə milyard xərcləyib?
Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı