“İrana qarşı müharibənin xərclərinin həcmi 37,5 milyard dollara çatıb”.
AvroMedia.Az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset ABŞ Senatında keçirilən dinləmələrdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və kənd təsərrüfatı katibi Bruk Rollinslə birlikdə Müdafiə Nazirliyinin əlavə büdcə tələblərinə dair senatorların suallarını cavablandırarkən deyib.
Heqset İranla davam edən müharibənin Vaşinqtona indiyədək 37,5 milyard dollara başa gəldiyini açıqlayıb. O, ölkənin “təhlükəli bir dünyada yaşadığını” vurğulayaraq, Pentaqon üçün əlavə maliyyə ayrılmasının zəruri olduğunu bildirib.
Nazir çıxışında əlavə vəsaitin ordunun təcili ehtiyaclarını qarşılamaq üçün vacib olduğunu qeyd edib.
“Cəsarətli və sürətli qərarlar tələb edən təhlükəli bir dövrdə yaşayırıq. Bu maliyyələşdirmə tələbi Müdafiə Nazirliyinin təxirəsalınmaz ehtiyaclarını qarşılamaq üçün zəruridir”, – deyə Heqset bildirib.
Onun sözlərinə görə, ABŞ süni intellekt, emal gücü, muxtar sistemlər, kosmik texnologiyalar və digər strateji sahələrə dərhal investisiya qoymasa, rəqibləri qarşısında geridə qala bilər.
Müdafiə naziri əlavə edib ki, tələb olunan vəsait ayrılmasa, ordunun sursat və hərbi texnika ehtiyatlarının yenilənməsi, həmçinin strateji əməliyyatların davam etdirilməsi ciddi risk altına düşə bilər.

Sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb
Qızıl və gümüş bahalaşıb
Bu günün valyuta məzənnələri
Hər gün qəhvə içirsinizsə, bunları bilməlisiniz!
Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı