Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
AvroMedia.Az xəbər verir ki, III ixtisas qrupu (DT altqrupu) üzrə müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər iyulun 24-dən 27-dək (saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini dolduraraq qeydiyyatdan keçməlidirlər.
AvroMedia.Az xəbər verir ki, III ixtisas qrupu (DT altqrupu) üzrə müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər iyulun 24-dən 27-dək (saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini dolduraraq qeydiyyatdan keçməlidirlər.
Məlumata görə, müəyyən kateqoriyadan olan abituriyentlər üçün qabiliyyət imtahanında iştirak dövlət büdcəsi hesabına təmin ediləcək. Digər namizədlər isə qeydiyyat üçün tələb olunan ödənişi şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər.
Qabiliyyət imtahanında iştirakçılar təqdim olunan mövzu əsasında inşa (esse) yazacaqlar. İmtahan avqustun 4-də kompüter vasitəsilə keçiriləcək və bu ildən etibarən inşalar ilk dəfə elektron formada yazılacaq.
DİM bildirir ki, bu yenilik abituriyentlərə mətnlərini daha rahat redaktə etmək, vaxtdan səmərəli istifadə etmək və fikirlərini daha oxunaqlı şəkildə təqdim etmək imkanı yaradacaq. Həmçinin qiymətləndirmə prosesində əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq.
Bundan əlavə, imtahanın müddəti 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək.
Qabiliyyət imtahanını uğurla başa vuran abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını da seçə biləcəklər.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır