Azərbaycana idxalat kəskin şəkildə azalıb
Tarix: Dünən, 15:29
Baxılıb: 8 012
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycana idxalat kəskin şəkildə azalıb

Dünən, 15:29

“2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri neft-qaz idxalı real ifadədə 45.4 faiz azalıb. Bu müddətdə, qeyri neft-qaz ixracatında 3.7 dəfə artım qeydə alınıb”.
AvroMedia.Az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, idxalın azalması və ixracatın artması valyutanın hərəkəti baxımdan müsbət məqamdır: “Çünki, idxalın azalması valyutanın ölkədə qalmasına, ixracatın artması isə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır".
Bəs, qeyri neft-qaz idxalındakı kəskin azalma nə ilə bağlıdır?
Deputat vurğulayıb ki, rəsmi statistikaya əsasən, qeyri neft-qaz idxalında faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb: 
"Bu ilin ilk 5 ayında Azərbaycana 430.2 milyon dollar məbləğində 23411 avtomobil idxal edilib. Bu real ifadədə 40 faiz azalma deməkdir. Dərman vasitələrinin idxalına həmin müddətdə cəmi 192.6 milyon dollar xərclənib. Bu məhsulların idxalı 34 faiz azalıb. Məişət kondisionerlərinin idxalında 20 faiz azalma qeydə alınıb. 130 milyon dollarlıq idxalı olan polat prokatında isə 10 faiz azalma müşahidə edilib”.
V.Bayramovun sözlərinə görə, ötən dövrdə qeyri neft-qaz idxalındakı azlama çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsulları üzrə də qeydə alınıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ