Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb
Tarix: Bu gün, 08:47
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

Bu gün, 08:47

Bu ilin yanvar-may aylarında Azərbaycan 12,35 milyon ABŞ dolları dəyərində 468 ədəd elektromobil idxal edib.
AvroMedia.Az
"Report"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 52 %, kəmiyyət olaraq - 39 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 3,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % az) 161 ədəd (-53 %), Böyük Britaniyadan 3 milyon ABŞ dolları dəyərində (+45 %) 7 ədəd (+40 %), Amerika Birləşmiş Ştatlarından 3 milyon ABŞ dolları dəyərində (-40 %) 193 ədəd (-30 %), Almaniyadan 2,2 milyon ABŞ dolları dəyərində (-70 %) 54 ədəd (-43 %), Meksikadan 317 min ABŞ dolları dəyərində (+4 dəfə) 27 ədəd (+7 dəfə) elektromobil alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan tədarük (36,4 min ABŞ dolları dəyərində 1 ədəd) həyata keçirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ