Qaragilə orqanizmdə qocalma prosesini ləngitməyə kömək edir.
AvroMedia.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Anton Polyakov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu giləmeyvənin tərkibində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyan və orqanizmdə iltihabi prosesləri azaldan antosianlar (güclü antioksidantlar) var.
“Antosianlar eyni zamanda damarları möhkəmləndirdiyi üçün ürək-damar xəstəliklərinin profilaktikasında müstəsna rol oynayır”.
Həkim əlavə edib ki, qaragilə sümük toxuması və qan dövranı üçün vacib olan K vitamini, görmə qabiliyyətini yaxşılaşdıran A vitamini, həmçinin gözləri yaşla bağlı dəyişikliklərdən qoruyan lyutein maddəsi ilə də zəngindir.

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə