MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işi üzrə məhkəmə keçirilib.
AvroMedia.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
AvroMedia.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Şəmsiyyə İsmayılova, Rasim Əliyev və Anar Həziyev 6 il, Ruslan Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Şəmsiyyə İsmayılova Anar Həziyev, Rasim Əliyev və Ruslan Həsənovla birlikdə vətəndaşlara MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə yalan vəd verib və onlardan külli miqdarda pul alaraq mənimsəməklə dələduzluqda təqsirləndirilirlər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb