27 milyon manatı ödəməyə məcbur edildilər
Tarix: Dünən, 15:59
Baxılıb: 8 013
Google+ Paylaş
Tumblr Paylaş

27 milyon manatı ödəməyə məcbur edildilər

Dünən, 15:59

Azərbaycanda bu ilin altı ayında cinayət işləri üzrə müəyyən edilən 27 milyon manatdan çox maddi ziyan ödənilib.

AvroMedia.Az  xəbər verir ki, bu barədə iyulun 24-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində qanunla prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin, əldə edilmiş nəticələrin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans rejimində Geniş Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilib, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulub və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ