Rusiyadan Ermənistana daha bir qadağa
Tarix: Dünən, 12:33
Baxılıb: 8 012
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyadan Ermənistana daha bir qadağa

Dünən, 12:33

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən Ermənistandan Rusiyaya süd məhsullarının tədarükünə məhdudiyyət tətbiq edəcək. 
AvroMedia.Az  xəbər verir ki, bu barədə qurum özünün rəsmi saytında məlumat yayıb. 
Məlumata görə, bu qərar iyulun 14-dən 21-dək aparılan yoxlamaların nəticəsinə uyğun olaraq verilib. Belə ki, sözügedən yoxlamalar zamanı Rusiyaya idxal edilən məhsulların istehsalı zamanı xəstəliyə yoluxmuş heyvanların südündən istifadə edilməsi müəyyən edilib. 
Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan meyvə-tərəvəzlər, gül və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ