Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Kraudfandinq haqqında" qanunu təsdiqləyib.
AvroMedia.Az xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
AvroMedia.Az xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.
Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.
Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər "Ələt Azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.

“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür”
Azərbaycanda ipoteka kreditlərinin 80 %-i dövlət xətti ilə verilib
İran Küveyt və Bəhreyni vurdu
“Space TV”nin bank hesablarına həbs qoyuldu
27 milyon manatı ödəməyə məcbur edildilər
Rusiyadan Ermənistana daha bir qadağa
Nazirlikdən istilərlə bağlı xəbərdarlıq
İnsan ömrünün son həddi açıqlandı
Azərbaycan nefti sürətlə bahalaşır