Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib.
AvroMedia.Az xəbər verir ki, müraciətdə deyilir: “Xəbər verildiyi kimi, bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur.
AvroMedia.Az xəbər verir ki, müraciətdə deyilir: “Xəbər verildiyi kimi, bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur.
Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladır.
Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.

Bu içki yaşlanmanı ləngidir
Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası
Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr
İraq ABŞ konsulluğu yaxınlığında PUA vurdu
Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib
Pezeşkian bu səbəbə görə İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq etdi
Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər
Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
Bakıda iməcilik keçirildi
İlin sonunda Soltanlıya ilk köç olacaq
6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib
İki ərəb ölkəsi İrana hücum etdi