Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib.
AvroMedia.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 999 min ABŞ dolları olub.
AvroMedia.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 999 min ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 %), dəyər baxımından isə, 299 min dollar (7 %) azdır.
Hesabat dövründə nar ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub. 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.
Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Bu içki yaşlanmanı ləngidir
Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası
Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr
İraq ABŞ konsulluğu yaxınlığında PUA vurdu
Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib
Pezeşkian bu səbəbə görə İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq etdi
Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər
Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
Bakıda iməcilik keçirildi
İlin sonunda Soltanlıya ilk köç olacaq
İki ərəb ölkəsi İrana hücum etdi